"Xalq komandasına inanmırdı"

10:58 - 27 Mart 2017 - İDMAN

Kamran Ağayev: “6-7 top vuracaqlar deyənlər hardadır?”  

Almaniyaya 1:4 hesabı ilə uduzan Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev oyundan sonra açıqlama verib. Ucnoqta.az-ın xəbərinə görə, “Qafqazinfo”ya danışan qolkiper əvvəlcə oyun barədə fikirlərini bildirib.
Ağayev azarkeşlərdən narazılığını da dilə gətirib:
“Hamımız hansı komandaya qarşı oynadığımızı bilirdik. Almaniya millisi dünyanın ən yaxşısıdır. Buna baxmayaraq biz mübarizə apardıq, yaxşı oyun göstərməyə çalışdıq. Bəzi səhvlər etdik və bundan da nəticə çıxarmalıyıq. Hər kəs yığmaya gələndə geyindiyi formanın məsuliyyətini dərk edir. Eləcə də mən. Çox çalışdım ki, komandama kömək edim alınmadı.
İkinci qolda səhvi təkcə Əfranın üstünə yıxmaq olmaz. Bu hamının səhvidir. Biz komanda şəklində meydana çıxırıq. Azarkeşlərə gəlincə, stadionda möhtəşəm ab-hava yaratmışdılar. Amma oyundan qabaq sosial şəbəkələrdə yazılanlar heç də xoş deyildi. Xalq komandasına inanmırdı. Hamı deyirdi ki, Almaniya bizə 6-7 top vuracaq? Nə oldu? 4 qol buraxdıq və o qollar olmaya da bilərdi. Yəni deməyim odur ki, belə şeylər yaxşı deyil. Uşaqlara güvənmək lazımdır. “6-7 top vuracaqlar” deyənlər hardadır?”.

Xəbər xətti