Salyanda xəstə qadın intihara cəhd etdi

15:29 - 25 Mart 2017 - HADİSƏ

Bu gün Salyan rayonunda intihara cəhd hadisəsi baş verib. Ucnoqta.az Virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini, 66 yaşlı Bağırova Səfiyyə Həbulla qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü ilgəklə asaraq intihar etməyə cəhd edib.
Ailə üzvləri vaxtında bundan xəbər tutaraq, onu xilas edə biliblər.
Qadın Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
İlkin məlumatlara görə, Səfiyyə Bağırova ağır vərəm xəstəliyindən əziyyət çəkdiyindən ağrılara dözə bilməyərək bu addımı atıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Xəbər xətti