Sabirabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən saytında verilmiş məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.