Şəki sakini ehtiyatsızlıqdan sirkə turşusu içərək zəhərlənib. Hadisə rayonun Çələbixan qəsəbəsində baş verib.
Məlumata görə, martın 24-də günorta saatlarında qəsəbə sakini 1983-cü il təvəllüdlü Vəliyev Vüsal Vasif oğlu zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Həkimlərin ilkin müayinəsi zamanı məlum olub ki, V. Vəliyev sirkə turşusundan zəhərlənib. Zəhərlənən şəxs həkimlərə sirkə turşusunu yaşadığı evdə səhv salaraq, ehtiyatsızlıqdan içdiyini bildirib. Ona xəstəxanada ilkin yardım göstərilib, vəziyyəti normal olduğundan ambulator müalicə almaq üçün evə buraxılıb.report