“Azərbaycanla oyunda qələbə təmin olunmayıb”. Qol.az-ın “Neue Westfälische” nəşrinə istinadən yaydığı xəbərə görə, bu sözləri Almaniya millisinin məşqçisi Oliver Birhoff söyləyib. DÇ-2018-nin martın 26-da keçiriləcək Azərbaycan – Almaniya matçı ilə bağlı onun fikirləri qısa olub:
“Azəbaycan bu seçmə mərhələdə inkişad nail olub. Amma onlar böyük futbol ölkəsi deyil. Bizim qarşıdakı görüşdəki hədəfimiz yalnız qələbədir. Seçmə mərhələni xalsız itki ilə davam etdirmək əzmindəyik”.
Xatırladaq ki, Azərbaycan – Almaniya matçı sabah saat 20.00-da başlanacaq.