Avstriya hökuməti ölkədən könüllü şəkildə vətəninə dönən miqrantlara ödənişlərin məbləğini iki dəfə artırıb.
APA-nın “BBC”yə istinadən verilən xəbərə görə, Avstriya DİN-nin bəyanatında bildirilir ki, ölkəni tərk edəcək ilk 1000 miqrantın hər birinə təxminən min dollar vəsait ödəniləcək.
Hökumət həmçinin ölkədən getmək istəyən Yaxın Şərq sakinlərini nəqliyyatla təmin edəcəyini də vəd edib.
Bəyanatda qeyd olunub ki, Balkan ölkələrinin sakinlərinə qeyd olunan subsidiya nəzərdə tutulmayıb.
Bəyanatı şərh edən Avstriya DİN rəhbəri Volfqanq Sobotka 2019-cu ilədək ölkəni 50 minədək miqrantın tərk edəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, 2016-cı ildə Avstriyanı, 5800 nəfəri könüllü şəkildə olmaqla, 10700 miqrant tərk edib.