Gürcüstanın Çalkski rayonunda 3,7 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Tbilisidən 59 kilometr aralıda yerləşib.
Xəbərdə deyilir ki, bu zəlzələnin ardınca daha 2 təkan olub. Onlardan biri 3 bal gücündə, digəri isə 2,9 bal gücündə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.