Ağstafada yol qəzası: xəsarət alanlar var

20:23 - 23 Mart 2017 - HADİSƏ

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

Ucnoqta.Az "Report"a istinadən bildirir ki, hadisə Ağstafa rayonunda, Bayraq Meydanı yaxınlığında baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində, sürücülər və hər iki avtomobildə olan iki sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Taksi sürücüsünün və "Chevrolet Niva"da olan sərnişinlərdən birinin yarası ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər. Digər yaralıların vəziyyəti isə normaldır və onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti