Almaniya Türkiyəyə silah satmaqdan imtina edib
14:45 - 22 Mart 2017 - DÜNYA
Almaniya Türkiyəyə silah satmaqdan imtina edib."Report" Almaniya mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildə rəsmi Ankara silah almaq üçün 11 dəfə Almaniya hökumətinə müraciət edib.
Xəbərə görə, Almaniya NATO-da Türkiyə ilə müttəfiq olmasına baxmayaraq rəsmi Ankaranın istəyini təmin etməyib: "Almaniya ötən il Türkiyəyə silah satmaqdan imtina edərək 11 dəfə yox cavabını verib. Hökumət buna səbəb kimi isə satılacaq silahların xalqa qarşı istifadə olunmasından narahatlıq keçirmələrini göstərib".
Məlumata görə, Türkiyə Almaniyadan yüngül silahlar, sursat və digər silahlanma vasitələri almaq istəyirmiş.