Azərbaycan-Almaniya matçını italiyalı hakimlər idarə edəcək
12:11 - 22 Mart 2017 - İDMAN
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Almaniya oyununun hakimləri müəyyənləşib.
AFFA-nın saytında verilmiş məlumata görə, UEFA martın 26-də baş tutacaq qarşılaşmanı italiyalı hakimlər briqadasına tapşırıb.
Qarşılaşmanı Daniele Orsato idarə edəcək, ona Mauro Tonolini və Rikkardo Di Fiore kömək edəcəklər. Matçın dördüncü hakimi Marko Quida olacaq.