Qızıl ucuzlaşıb
10:42 - 22 Mart 2017 - İQTİSADİYYAT
Amerika fond bazarında Dow Jones indeksi 1,14% - 20 668,01 bəndədək, S&P 500 1,24% - 2 344,02 bəndədək, NASDAQ 1,83% - 5 793,82 bəndədək ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,69% - 7 378,34 bəndədək, Almaniya DAX-ı 0,75% - 11 962,13 bəndədək, Fransa CAC-40-ı isə 0,19% - 5 002,43 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,10 dollar ucuzlaşaraq 1 246,40 dollara, gümüş isə 0,04 dollar azalaraq 17,55 dollara satılıb.