Almaniya prezidentinin səlahiyyəti Ştaynmayerə təhvil veriləcək

10:18 - 19 Mart 2017 - DÜNYA

Bu gün Berlində Almaniya prezidentinin səlahiyyətinin təhvil verilməsi ilə bağlı simvolik mərasim təşkil ediləcək. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Almaniya prezidenti postu formal olaraq Yoahim Haukdan sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayerə keçəcək.
Mərasim simvolik xarakter daşıyır. Yeni prezident  F. V. Ştaynmayer səlahiyyətlərinin icrasında martın 20-də başlayır. Andiçmə mərasimi isə martın 22-də keçiriləcək. 

Xəbər xətti