Topaz Premyer Liqasının 20-ci turunda “Qəbələ” səfərdə “Kəpəz”in qonağıdır. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda davam edən matçda bir sıra qalmaqallı anlar yaşanıb.
Meydan sahiblərinin 36-cı dəqiqədə vurduğu qol müzakirələr səbəb olub. Şəhriyar Rəhimovun qolunun ofsayd olmasını iddia edən qonaq azarkeşlər hakimə etiraz edib.
Bundan 2 dəqiqə sonra matçın baş hakimi Əliyar Ağayev “Qəbələ”dən Nika Kvekveskiriyə, “Kəpəz”dən isə Nicat Qurbanova əlbəyaxa dava etdiklərinə görə qırmızı vərəqə göstərib.