Hindistanın cənub-şərqində Andhra-Pradeş ştatında avtobus idarəetməni itirərək çaya düşüb. Ucnoqta.az trend-ə isitnadən xəbər verir ki, qəza nəticəsində azı 8 nəfərin öldüyü, 30-a yaxın adamın müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Yol-nəqliyyat hadisəsi avtobus körpüdən keçərkən baş verib. Avtobusun içindən cəsədləri və yaralıları çıxarmaq üçün xilasetmə xidməti əməkdaşları qaz kəsicilərindən istifadə etməyə məcbur olublar. Hazırda yaralılardan 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Qəzanın ilkin səbəbi olaraq sürücünün sükan arxasında yuxuya getməsi ehtimal olunur.