İsrailin Petax-Tikve şəhərindəki "A-Moşava" stadionunda, "Beytar" - "Apoel" komandaları arasında keçirilmiş futbol oyunu zamanı azarkeşlər arasında kütləvi dava baş verib. "Report" xəbər verir ki, bu barədə "Walla News" məlumat yayıb. Məlumata görə, komandaların azarkeşləri arasında baş vermiş qarşıdurmada iştirak etmiş 28 nəfər polis tərəfindən saxlanılıb. Saxlanılanlar barəsində hər hansı inzibati cəzanın verilib-verilməməsi, habelə xəsarət alanların olub-olmaması haqqında heç bir məlumat verilmir. Qeyd edək ki, ötən il oktyabrın 20-də, Beer-Şev də də meydan sahibi olan "Apoel"lə Təl-Əvivin "Makkabi" komandasının azarkeşləri arasında qarşıdurma yaranmışdı. Kütləvi toqquşma ilə əlaqədar 17 azarkeş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılmışdı.