Gəncə şəhər sakini parkda idman edərkən dünyasını dəyişib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində yerləşən parkda baş verib.
Şəhər sakini, 1951-ci il təvəllüdlü İsrafilov Rəddin Talıb oğlu parkda idman edərkən huşunu itirib. Müayinə zamanı R. İsrafilovun ürək tutmasından vəfat etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.