Beş maşın toqquşdu: 1 ölü, 4 yaralı - Bakıda

11:46 - 9 Yanvar 2017 - HADİSƏ

Bakıda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib. Ucnoqta.az xəbər veriri ki, bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 7-də saat 18 radələrində Sabunçu qəsəbəsində Gədəbəy rayon sakini İlqar İbrahimovun, Lerik rayon sakini Ramil Xanışovun, Bakı şəhər sakini Hüseyn Şəbiyevin idarə etdikləri "VAZ", Şamaxı rayon sakini Azər Şirəliyevin idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Füzuli Zeynalovun idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşub.

Qəzada İ.İbrahimov hadisə yerində ölüb, R.Xanışov və 3 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər xətti