İŞİD terror qruplaşmasının üzvləri İraqın cənubundakı Nəcəf şəhəri yaxınlığında polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər."Report"un məlumatına görə, bu barədə "MIG News" xəbər verib.Məlumata görə, hücum nəticəsində 7 polis əməkdaşı həlak olub. Xəbərdə bildirilir ki, terrorçuların hücumu hökumət qüvvələrinin ölkənin şimalındakı Mosul şəhərində İŞİD-ə qarşı geniş miqyaslı əməliyyatla eyni vaxtda baş verib.Terrorçuların itki verib-vermələri barəsində məlumat verilmir.