ABŞ hökuməti yadplanetlilərin mövcudluğunu göstərə biləcək məlumatlara malikdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fox News konqresmen Tim Burçettə (R-Tennessi) istinadən məlumat yayıb.
Siyasətçi bildirib ki, "Biz çox görmüşük və mən də onları görmüşəm".
Burçett şəxsən yadplanetlilərlə qarşılaşmadığını və ya görmədiyini, lakin qapalı brifinqlər zamanı ABŞ hökumət rəsmilərindən yerdən kənar həyat formalarının mövcudluğunu göstərən məlumatlar, o cümlədən foto və videolar aldığını qeyd edib.
O əlavə edib ki, xüsusən də bir çox amerikalı pilot "hansısa təyyarə və ya cihazla qarşılaşmalarını təsvir edib". Burçett həmçinin yadplanetlilərin mövcudluğuna inanıb-inanmadığı soruşulduqda müsbət cavab verib.
Konqresmen qapalı brifinqlərdə gördüklərinə əsaslanaraq həmçinin bildirib ki, "ABŞ hökumətinin [yerüstü həyat formalarının mövcudluğuna dair dəlillərə sahib olduğunu] etiraf etməsinin vaxtıdır".