Kirayədə qaldığı evdən oğurluq edən qadın saxlanıldı

12:26 - 30 Dekabr 2016 - HADİSƏ

Bakıda oğurluq edən qadın saxlanılıb.Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi RPİ 22-ci PB-yə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl əşyalarını oğurlamasını bildirib.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti