Son vaxtlar ulduz futbolçular üçün fantastik məbləğlər ödəyən Çin klubları daha bir rekorda imza ata bilər. Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu ölkənin klublarından biri “Real”ın hücumçusu Kriştiano Ronaldonun transferi üçün “kral klubu”na 300 milyon avro ödəməyi planlaşdırır. Bu barədə məlumatı futbolçunun agenti Jorje Mendeş İtaliya mətbuatına açıqlamasında söyləyib:
“Çindən “Real”a Ronaldo üçün 300 milyon avroluq təklif gəldi. Ronaldo'nun özünə isə illik 100 milyon avrodan çox maaş təklif edildi”.Ronaldonun Çin klubuna keçidi baş tutsa, bu, dünyanın ən bahalı transferi olacaq. Belə ki, bu transfer gerçəkləşsə, portuqaliyalı hücumçu yayda “Yuventus”dan “Mançester Yunayted”ə transfer olunan Pol Poqbanı təxminən 3 dəfə geridə qoymuş olacaq.
Xatırladaq ki, Ronaldo bu yaxınlarda verdiyi açıqlamada “Real”ı tərk etmək istəmədiyini bildirmişdi.