Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721,667 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,937 mln. manat, “Zaminbank” ASC - 52,461 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,022 mln. manat, “Atrabank” ASC - 14,27 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,152 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 433,957 mln. manat kompensasiya alıblar.