Ukraynanın depo.ua saytı öz versiyasına əsasən ölkənin 2016-cı il üçün ən yaxşı 5 məşqçisinin siyahısını tərtib edib.Qol.az-ın məlumatına görə, siyahıda "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk da yer alıb.
Ən yaxşı məşqçilər siyahısına R.Qriqorçukla yanaşı, Aleksandr Babiç (“Çernomorets”), Vladimir Şaran (“Aleksandriya”), Andrey Şevçenko (Ukrayna millisi) və Yuri Vernidub (“Zarya”) da daxil edilib.
Qeyd edək ki, R.Qriqorçukun çalışdırdığı "Qəbələ" ötən mövsüm Topaz Premyer Liqanı 3-cü pillədə başa vurub. Komanda bu mövsüm Avroliqada qrup mərhələsinə yüksəlib.