Hərrac keçirildi- dollar yenidən bahalandı

12:35 - 29 Dekabr 2016 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7662 səciyyəsində müəyyənləşdirib.

Xəbər xətti