Salyanda naməlum kişi meyiti tapılıb

16:25 - 28 Dekabr 2016 - HADİSƏ

 Salyanda naməlum kişi meyiti tapılıb. Ucnoqta. az “report”a istinadən xəbər verir ki, meyit Salyan şəhəri Yunis Zərgərli küçəsində fərdi yaşayış evində aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda həmin ərazi mühafizə olunur.

Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Xəbər xətti