Moskvada kiçik qardaşını öldürməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.APA-nın “lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt şöbəsindən məlumat verilib.İstintaq zamanı o, cinayətini etiraf edib. Faktla bağlı azyaşlının öldürülməsi maddəsi ilə cinayət işi açılıb.
10 yaşlı uşağın meyiti dekabrın 27-də aşkar edilib. Uşaq boğularaq öldürülüb. Bildirlir ki, 17 yaşlı oğlan anası ilə dalaşan vaxt balaca qardaşı anasını müdafiə edib. Bundan əsəbiləşən yeniyetmə qardaşını boğaraq öldürüb.