Əfqanıstan paytaxtı Kabulda parlamentin deputatı Faruk Behiştiyə sui-qəsd edilib. “Report” “Khaama” agentliyinə istinadən xəbər verir ki, hadisə parlamentin binası yerləşən Dəşti-Barçi rayonunda törədilib.
Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib. Partlayış nəticəsində F.Behişti yaralanıb, mühafizəçisi isə ölüb.
Xəsarət alanlarla bağlı əlavə məlumat yayılmayıb.