Ucnoqta.az
www.ucnoqta.az

<b>Əfqanıstan parlamentinin deputatı sui-qəsd nəticəsində yaralanıb, mühafizəçisi isə ölüb</b>

11:49 - 28 Dekabr 2016 tarixində dərc olunub.

Əfqanıstan paytaxtı Kabulda parlamentin deputatı Faruk Behiştiyə sui-qəsd edilib. “Report” “Khaama” agentliyinə istinadən xəbər verir ki, hadisə parlamentin binası yerləşən Dəşti-Barçi rayonunda törədilib. 

Terrorçu-kamikadze partlayıcı yüklənən avtomobillə deputata hücum edib. Partlayış nəticəsində F.Behişti yaralanıb, mühafizəçisi isə ölüb.

Xəsarət alanlarla bağlı əlavə məlumat yayılmayıb.

Müəllif: Ucnoqta.az