Bakıda xəstəxanada xadimə işləyən qadın qətlə yetirilib. Bu barədə “Report”a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Ağcabədi rayon sakini, 24 yaşlı Elçin Hüseynov keçmiş qaynanası 45 yaşlı Fərqanə Mürsəlovanın işlədiyi 7 saylı Vərəm Əleyhinə Dispanserə gələrək onunla mübahisə edib. Burada o, özü ilə gətirdiyi bıçaqla F.Mürsəlovanın bədəninin müxtəlif nahiyələrinə 9 bıçaq zərbəsi vuraraq onu öldürüb.
Qətli törədən E. Hüseynov tutulub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilib.