Bu gün Bakı vaxtı ilə 03.22-də Rumıniyanın paytaxtı Buxarestdən 185 km. şimalda yerləşən Braşov şəhərində 5,6 bal gücündə zəlzələ olub.
Bu barədə Fizika Milli Elmi-Araşdırmalar İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı yerin 110 km. dərinliyində olub. Yeraltı təkanlar paytaxt Buxarestdə güclü hiss olunub. Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.