2016-cı il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzinin respublika ərazisində olan 42 seysmik stansiyası ( 35 daimi və 7 stasionar) tərəfindən 9905 zəlzələ qeydə alınıb. Mərkəzdən APA-ya verilən xəbərə görə, Azərbaycan və ona bitişik ərazilərdə 7866, respublika ərazisində 4365, dünyada 2039 zəlzələ RSXM tərəfindən emal edilib. Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan 91 zəlzələ olub. Onlardan 18-i hiss olunub. İl ərzində respublika ərazisində baş verən ən güclü zəlzələ isə 1 avqust 2016-cı il tarixində İmişli rayonu ərazisində baş verən və maqnitidası 5.6 olan zəlzələ olub.