AFFA İntizam Komitəsi növbəti dəfə birinci divizionda yarışan “Rəvan”ın 6 xalını silib. Bu haqda qurumun saytı məlumat yayıb. Məlumatda bildirilir ki, FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. “Rəvan”la futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivdən 6 xal silinməsi göstərilib.Bunu nəzərə alaraq AFFA-nın İntizam Komitəsi "Rəvan" cari mövsüm aktivindən 6 xalını silib.
Qeyd edək ki, bundan əvvəl başqa bir futbolçunun borcla bağlı şikayəti səbəbindən, FİFA-nın qərarına uyğun olaraq, "Rəvan"ın birinci divizonda topladığı 3 xal silinmişdi.
Son qərardan sonra "Rəvan"ı xalı 0-a enib. Komanda turnir cədvəlində sonuncu - 14-cü pilləyə düşüb.