Qarın yenidən yağması magistral yollarda çətinliklərə səbəb olub. Ucnoqta.az arbtv-yə istinadən xəbər verir ki, gecə saatlarında İsmayıllı-Muğanlı yolu bağlanıb. Havanın dumanlı olması vəziyyəti bir az da gərginləşdirib.
Gecə saatlarında İsmayıllı rayonuna 20 sm, dağlıq ərazidə yerləşən ucqar kəndlərə isə 25 sm hündürlüyündə qar yağıb. İsmayıllı-Lahıc yolunda da nəqliyyatın hərəkətində problemlər yaranıb.
Ağırtonnajlı yük maşınları, sərnişindaşıyan mikroavtobuslar və mövsümə hazır olmayan avtomobillərin hərəkəti dayandırılıb. Artıq səhər saatlarından başlayaraq rayon 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yollar qardan təmizlənir və nəqliyyatın hərəkəti bərpa olunub. Bəzi ucqar dağ kəndlərinə gecə saatlarında elektrik verilişi dayanıb.