Çində zəlzələ baş verib

11:18 - 27 Dekabr 2016 - HADİSƏ

Çində 4,8 bal gücündə zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ölkənin seysmologiya mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:17-də Çunçin bələdiyyəsinin Junçan rayonunda də qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Xəbər xətti