Naməlum şəxs çərşənbə axşamı səhər Tailandın hökumətinin evinin ərazisinə daxil olaraq oradakı poçt şöbəsinin damına çıxıb. Bundan sonra isə yerə pinq-ponq oyununun topları formasında beş pirotexniki vasitə atıb. "Report" xəbər verir ki, bu barədə "Nation"qəzetinin internet-versiyası bildirir.
Nəşrin qeyd etdiyi kimi, hadisə hökumət aparatının əməkdaşları arasında qısa müddətli təlaşa səbəb olub. Bina Tailandın hökuməti evinin kompleksini təşkil edir. Burada nazirlər kabineti və hökumət aparatı işləyir.
Hökumətin evinin mühafizəsini təşkil edən polislərin naməlum şəxsi saxlayıb-saxlamamaları hələlik məlum deyil.