Şəmkirdə 4 otaqlı evdə yanğın olub

10:20 - 27 Dekabr 2016 - HADİSƏ

Şəmkir rayonunda 4 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonu, Düyərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı 47 m2 sahədə, döşəməsi 2 m2 sahədə və zirzəmisinə yığılmış ev əşyaları 5 m2 sahədə qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti