Əfqanıstanın cənubundakı Hilmənd vilayətində bu gün güclü partlayış baş verib.
Bu barədə "Report" "TOLOnews" telekanalına istinadən xəbər verir. Partlayıcı qurğu olan avtomobili idarə edən terrorçu-kamikadze özünü zirehli polis maşınının yaxınlığında partladıb. Hadisə Ləşkərgah şəhərində baş verib.
Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.