Ermənistan prezidenti Serj Sarqsyan Sankt-Peterburqa işgüzar səfərə yola düşüb. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.
S.Sarqsyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının və AİB Ali İqtisadi Şurasının sessiyalarında iştirak edəcək.