Goranboy rayon sakinin Gəncədə elektrik cərəyanı vurub. APA-nın verdiyi məlumata görə, hadisə Türklər qəsəbəsində baş verib.Yeni tikilməkdə olan obyektlərin birində çalışan Goranboy rayon sakini 1990-cı il təvəllüdlü Paşayev İsmət Mahmud oğlu işləyən zaman elektrik cərəyanı onu vurub. Ona dərhal yardım göstərilsə də, həyata qaytarmaq mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.