Astara rayonunda vətəndaşa məxsus 5 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Astara rayonu, Ərçivan kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın aynabəndin yanar konstruksiyaları 50 m2 sahədə və dam örtüyü 50 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.