UEFA-nın ayırdığı vəsait “Xəzər Lənkəran” klubunun hesabına köçürülüb. Trend AFFA-ya istinadən xəbər verir ki, "Xəzər Lənkəran" klubunun yaranan borc öhdəlikləri ilə əlaqədar qurumun UEFA-ya yönəltdiyi sorğu əsasında alınan məlumata əsasən 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 104.00 avro maliyyə vəsaiti müvafiq qaydada "Xəzər Lənkəran" klubunun hesabına köçürülməlidir.
Vəsait bu gün AFFA tərəfindən Xəzər Lənkəran klubunun hesabına köçürülüb.