Azərbaycan Mərkəzi Bankı (AMB) cari ilin noyabr ayında 95 min unsiya (təqribən 3 ton) qızıl satıb. "APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqladığı hesabatda deyilir.Hesabata əsasən, qeyd edilən rəqəm AMB-nin ümumi qızıl ehtiyatlarının 12%-ni təşkil edir.
Beləliklə, AMB-nin qızıl ehtiyatı 22 ton 15 kq səviyyəsinə enib.