Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir. Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 721,057 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,914 mln. manat, “Zaminbank” ASC - 52,421 mln. manat, “Kredobank” ASC - 27,77 mln. manat, “Dekabank” ASC - 3,022 mln. manat, “Atrabank” ASC - 14,269 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,08 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 433,483 mln. manat kompensasiya alıblar.