Dağıstanda 4,2 bal gücündə zəlzələ baş verib

11:35 - 23 Dekabr 2016 - HADİSƏ

Rusiyanın Azərbaycanla sərhəddə yerləşən Dağıstan Respublikasında 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilir.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar dekabrın 22-si Bakı vaxtı ilə 20.31-də Novıy Sulak qəsəbəsinin 5 km-də qeydə alınıb.

Təkanların episentri yerin 10 km. dərinliyində yerləşib. 

Xəbər xətti