İtaliyanın Peruca əyalətinin Bayano-di-Spoleto yaşayış məntəqəsində döyüş sursatı istehsal edən zavodda partlayış baş verib. "Report" "RaiNews24" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində zavodun 24 yaşlı qadın əməkdaşı yaralanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yanğınsöndürən və polis əməkdaşları cəlb olunub. Partlayışın səbəbi hələ ki, məlum deyil.