"10 yaşımdan yetim qalmışam. Bir müddət çilingər işlədikdən sonra Münhenqladbax "Borussiya"sında peşəkar futbolçu karyerama başlamışam. Əvvəllər mənim böyük həyatım olub". "Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts 70 yaşının tamamlanacağı ərəfədə "Bild"ə müsahibəsində deyib. Təcrübəli mütəxəssis ölümdən qorxmadığını bildirib: "Ölümdən sonrakı həyat barədə düşünməmişəm. Əgər Allah sabah ölümümü istəsə, buna sadəcə, hazır olmalıyam". Foqtsun son iş yeri ABŞ millisi olub. O, məsləhətçi kimi çalışdığı komandadan baş məşqçi Yurgen Klinsmannın istefasından sonra ayrılıb. Lakin "Teryer" kifayət qədər yaşının olmasına baxmayaraq, yeni təkliflərə açıqdır: "Ola bilsin, Bundesliqada məsləhətçi kimi çalışdım, yaxud MLS klublarında baş məşqçi oldum". Almaniyalı mütəxəssis "Bavariya"nı dünyanın ən güclü klubu adlandıraraq, hazırkı baş məşqçi Karlo Ançelottinin işini sələfi Xosep Qvardiolanın gördüklərindən üstün sayıb. Qeyd edək ki, Berti Foqts 2008-ci ilin aprelindən 2014-cü ilin oktyabrınadək Azərbaycan millisinin baş məşqçisi olub.