Yaponiya sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Tididzima adasından 704 kilometr cənub-şərqdə, Sakit okean hövzəsində qeydə alınıb.
Dağıntı və ya tələfat barəsində məlumat verilmir.