Xətai rayonunda dava düşüb, bir nəfər bıçaqlanıb

17:45 - 21 Dekabr 2016 - HADİSƏ

Bakıda 35 yaşlı kişi döydüyü 22 yaşlı gənc tərəfindən bıçaqlanıb. "Report"un xəbərinə görə, hadisə Xətai rayonu, Nobel prospekti 155 ünvanında qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Samir Canıyev sözügedən ünvanda 1994-cü il təvəllüdlü Cəmil Səfərovla əlbəyaxa dava edib. S.Canıyev C.Səfərovu döyüb. C.Səfərov bundan hiddətlənərək bıçaqla S.Canıyevin ayaq nahiyəsinə bir neçə zərbə vurub.
S.Canıyev "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti