Bakıda intihar edən türk diplomatın qızının nəşi ötən gecə ölkəsinə yola salınıb. 15 yaşlı Şəvval Günlerin meyiti bu gün səhər saatlarında Türkiyəyə çatıb. APA-nın əldə etdiyi digər məlumata görə, hadisə baş verən vaxt qızın anası evdə olub. Səsə otağa girən ana qızını tapmayıb. Pəncərədən baxanda isə yerdə onun cansız vəziyyətdə uzandığını görüb.
***
saat 10.45
Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib. APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Şəvval Günlerin atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.
***
09.01
Bakıda intihar olub.APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Şəvval Günler özünü 10-cu mərtəbədən atıb.İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.