Bakıda 28 yaşlı qadın döyülüb. "Report"un xəbərinə görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.
Belə ki, 28 yaşlı Əliyeva Səidə Şahin qızı nişanlı olan rəfiqəsi L.M.-nı (şərtidir) digər bir şəxslə görüşdüyü vaxt fotosunu çəkib və onu həmin foto-şəkillə şantaj edib.
Bundan əsəbləşən L.M. anası ilə birgə S.Əliyevanı "Turan" mebel evinin qarşısında avtomobillə vurub. Onlar daha sonra S.Əliyevanı döyüblər və ərazidən uzaqlaşıblar.
S.Əliyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.